Ammonium Sulfat – kənd təsərrüfatında geniş istifadə olunan, azot və kükürd tərkibli mineral gübrədir. Azot bitkilərin vegetativ inkişafını sürətləndirir, yarpaq və gövdə böyüməsini təmin edir. Kükürd isə zülal sintezi, vitamin istehsalı və məhsulun keyfiyyətinin yüksəldilməsi üçün vacibdir. Xüsusilə kükürd çatışmazlığı olan torpaqlarda, yağlı bitkilərdə (kolza, günəbaxan), taxıl və tərəvəzlərdə yüksək effektivlik göstərir. Su ilə yaxşı həll olunur və bitkilər tərəfindən asanlıqla mənimsənilir. İstifadə sahələri: Taxıl bitkiləri Tərəvəz (kələm, soğan, sarımsaq, pomidor və s.) Meyvə bağları Yağlı bitkilər (kolza, günəbaxan) Otlaq və yem bitkiləri Üstünlüklər: Azot və kükürdün eyni zamanda təmin olunması Bitkilərin böyüməsini və məhsuldarlığını artırır Məhsulun keyfiyyətini və zülal tərkibini yaxşılaşdırır Bütün torpaq növlərində istifadə oluna bilər Su ilə yaxşı həll olur
Reviews (0)
No reviews yet. Be the first to leave a review!