Follow Us:
Könüllük xidməti

Könüllük xidməti

AgroSphere olaraq biz, aqrar sahəyə marağı olan gənclər üçün könüllülük proqramı təşkil edirik. Bu proqram çərçivəsində iştirakçılar real layihələrdə iştirak edir, təcrübə qazanır və aqrar sahədə bilik və bacarıqlarını inkişaf etdirirlər. Könüllülər bizim ekspert komandamızla birlikdə işləyərək sahə tədqiqatlarına, tədbirlərə, sosial layihələrə və ictimai maarifləndirmə fəaliyyətlərinə cəlb olunurlar.

Bu xidmət gənclərə aqrar sahənin praktiki tərəflərini öyrənmək, peşəkar əlaqələr qurmaq və gələcək karyeralarına sağlam təməl atmaq imkanı verir. AgroSphere könüllüləri yalnız öyrənmir, həm də aqrar sektorun inkişafına töhfə vermək fürsəti qazanır.