Follow Us:
Dərman satışı

Dərman satışı

AgroSphere kənd təsərrüfatında istifadə olunan yüksək effektivliyə və təhlükəsizlik sertifikatlarına malik dərman vasitələrinin satışını həyata keçirir. Bizim məhsul portfelimizə pestisidlər, insektisidlər, herbisidlər, funqisidlər, bioloji dərmanlar və inteqrir mübarizə vasitələri daxildir. Hər bir dərman məhsulu dövlət tərəfindən təsdiqlənmiş, ekspertizadan keçmiş və sahə sınaqlarında effektivliyi sübut olunmuş preparatlardır.

Biz yalnız məhsul satışı ilə kifayətlənmir, eyni zamanda fermerlərə xəstəlik və zərərvericilər üzrə konsultasiya, düzgün dozalama, istifadəyə dair təlimatlar və mövsümi mübarizə planları təqdim edirik. Məqsədimiz fermerin təsərrüfatında maksimum qoruma və minimum ekoloji zərər prinsipi ilə müasir kənd təsərrüfatı dərmanlarını çatdırmaqdır. Bundan əlavə, biz dərmanların saxlanılması, daşınması və tətbiqi zamanı əməl olunmalı təhlükəsizlik qaydaları barədə də məlumatlandırma edirik.