AgroSphere – kənd təsərrüfatı sahəsində innovativ və dayanıqlı həllər təqdim edən aqro-platformadır. Məqsədimiz fermerləri, aqronomları və kənd təsərrüfatı ilə məşğul olan hər kəsi bir araya gətirərək onların ehtiyaclarını tək bir məkanda qarşılamaqdır. AgroSphere komandası olaraq biz torpaq və su analizləri, aqrar məsləhət xidmətləri, dərman, gübrə və pestisid satışı kimi xidmətləri vahid platformada birləşdiririk. Həmçinin, müasir texnologiyalarla aqrar sahədə qarşılaşılan problemlərə praktik və əlçatan həll yolları təklif edirik. Biz gənc və yaradıcı komandamızla kənd təsərrüfatının rəqəmsallaşmasına töhfə verməyi, yerli fermerlərin bilik və bacarıqlarını artırmağı və onların məhsuldarlığını yüksəltməyi hədəfləyirik. İnanırıq ki, texnologiya ilə dəstəklənən aqrar inkişaf gələcəyin açarıdır. AgroSphere – Aqrar sahənin gələcəyini birlikdə qururuq!